Azərbaycan internetin inkişafı ilə əlaqədar ilk krediti alıb » AzNews.info -Xəbər portalı

Azərbaycan internetin inkişafı ilə əlaqədar ilk krediti alıb

Azərbaycan internetin inkişafı ilə əlaqədar ilk krediti alıb


Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, Azərbaycan ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a bildirilib.

“Regionlarda sənaye və texnologiyalar parklarının yaradılması da bölgələrlə paytaxt arşında texnoloji imkanların bərabərləşməsinə öz töhfəsini verir. İndi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri yaşayış yerindən asılı olmayaraq bütün əhalini birləşdirən yüksəksürətli genişzolaqlı şəbəkənin qurulması və onun əsasında ucuz və keyfiyyətli xidmətlərin göstərilməsidir. Bu məqsədlə “Milli genişzolaqlı internetin inkişafı” layihəsi həyata keçirilir”, - deyə nazirlikdən qeyd edilib.

Nazirlikdən bildirilib ki, layihənin icrası ilə əlaqədar Niderland bankından kredit cəlb edilib:

““Hər evə optika” prinsipi ilə istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində 10-30 Mbit/s. sürətli internetin verilməsini nəzərdə tutur. Hazırda layihənin reallaşdırılmasına maliyyə vəsaitlərinin cəlb olunması üçün yerli və beynəlxalq maliyyə-kredit təsisatları və tanınmış istehsalçı şirkətlərlə danışıqlar aparılır. Artıq Niderlandın “Amsterdam Trade Bank”dan ilk kredit cəlb edilərək layihənin icrasına yönəldilib.

Respublikada əhali yaşayan ərazilər çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. Qarşıdakı məqsəd aidiyyəti qurumlarla birlikdə rəqəmli yayımla paralel həyata keçirilən analoq efiri dayandırmaqdır”, -deyə nazirlikdən qeyd edilib.

Nazirlikdən bildirilib ki, poçt-maliyyə xidmətlərinin tətbiqinin və əhalinin bu xidmətlərə çıxışının genişləndirilməsi prioritet hədəflərdəndir:

“Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilib. Poçt-maliyyə xidmətlərinin tətbiqinin və əhalinin bu xidmətlərə çıxışının genişləndirilməsi prioritet hədəflərdəndir”.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *