Ruslanın ailəsi İslam Oyunlarından milyona yaxın pul qazandı
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medal qazanan Azərbaycan yığmasının atıcısı Ruslan Lunyovun ailəsi bu qalibiyyətlərdən 1 milyon manata yaxın pul qazanıb.
Oxu.Az-ın məlumatına görə, Ruslanın məşqçisi onun valideynləridir.
Yarışda hər qızıl medala görə idmançıya 150 min, məşqçisinə isə 75 min manat verildiyindən, bu ailənin qazancı 900 min manata çatıb.
Mənbə:> Oxu.Az