“Time”ın siyahısına qanunsuz yaşayan mühacir düşdü – VİDEO
“Time” nəşrinin versiyasına görə, tərtib edilən ən nüfuzlu şəxslər siyahısına dünya məşhurları və siyasətçiləri ilə yanaşı, ABŞ-da 20 ildən artıqdır ki, sənədsiz yaşayan və mühacirlərin haqları üçün mübarizə aparan meksikalının da adı daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Janett Vizgerra – Meksikadan olan qanunsuz mühacir, dörd uşaq anasıdır. Övladlarının 3-ü ABŞ vətəndaşıdır. O, ABŞ-a əri və böyük qızı ilə gəlib və artıq 20 ildir ki, ölkədə sənədi olmadan yaşayır.
Vizgerra Denver kilsəsində yaşayır, o fevral ayında deportasiya edilmək cəhdindən sonra bura sığınıb.
Telekanala verdiyi müsahibəsində qadın mühacirlərin haqları uğrunda apardığı 20 illik mübarizəsinin qeyd edildiyinə sevindiyini bildirib.
Mənbə:> Oxu.Az