Avropanın son ləyaqətsiz oyunu – VİDEO
Bəzi Avropa ölkələri mühacirləri ərazisinə buraxmaq istəmir.ANS TV-nin məlumatına görə, mühacirlərin kütləvi şəkildə üz tutduğu Avropa qitəsində yerləşən bəzi dövlətləri onları öz ölkələrinə buraxmaq istəmir. Ona görədə qitədə kütləvi mühacir axını ilə bağlı narahatlıqlar davam edir.
Avropa Birliyi rəsmiləri bu cür hallara qarşı bir neçə ölkəyə xəbərdarlıq edib. Avropa Parlamentinin sədri Martin Şulç mühacir ölümlərinin belə sürətlə davam edəcəyi təqdirdə, Aralıq dənizinin kütləvi məzarlığa çevriləcəyini bəyan edib.
Sulç deyib ki, bu məsələdə Avropa Birliyi heç də uğursuz siyasət yürütmür, problem bəzi hökumətlərdədir. Onlar məsuliyyət götürmək istəmirlər və problem birgə həllinə mane olurlar. Onlar bu blokadanı aradan qaldırmalı və ləyaqətsiz oyuna son qoymalıdırlar.
Avropa rəsmiыш onu du vurğulayıb ki, elə təkcə İtaliyanın Siciliya adasına daha 683, Yunanıstana isə 2500 mühacir gətirilib.
Şulç konkrekt ad çəkməsə də, deyib ki, hazırda əsasən Macarıstan mühacirlərin ölkə ərazisinə müdaxilə etməməsi üçün Serbiya ilə sərhədlərə hasarlar çəkir.
Birləşmiş Millətlət Təşkilatının baş katibi Pan Gi Mun da vəziyyətlə əlaqədar narahat olduğunu deyərək Avropa ölkələrini mühacir ölümlərinin qarşısını almağa çağırıb.
Mənbə:> ANSPRESS