Tramp qanunsuz mühacirlərin deportasiya qaydalarını sərtləşdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Tramp qanunsuz mühacirlərin deportasiya qaydalarını sərtləşdirdi

Tramp qanunsuz mühacirlərin deportasiya qaydalarını sərtləşdirdi


ABŞ prezidenti Donald Trampın administrasiyası qanunsuz mühacirlərin deportasiyası üzrə sərt qaydaları təsdqiləyib.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Beləliklə, ölkə hakimiyyəti deportasiya edilmiş qanun pozanların sayının artacağına ümid edib. İlk növbədə, qaydalar hər hansı bir cinayətə görə məhkum edilən və ya ölkədə təhlükəsizliyə təhdid yaradan, eləcə də ölkə ərazisinə yeni gələn mühacirlərə aiddir.

Bununla yanaşı, yolda qaydaları pozan və ya mağazada oğurluq edən sənədsiz mühacirlərə də daha ağır cinayət törətmiş cinayətkarlar kimi davranılacaq.

ABŞ Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dərc edilmiş sənəddə hakimiyyətin ölkə ərazisində qanunsuz yaşayan mühacirlərin çıxarılmasını qarşıya prioritet olaraq qoyduğu göstərilir. Sənəddə deportasiya ediləcək mühacirlərin siyahısı göstərilib.

Yeni qaydalar ABŞ-da mövcud olan qanunları dəyişmir, amma onların tətbiqini dəyişir.

Bununla yanaşı, sənəd ABŞ-ın sabiq prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul edilmiş kiçik yaşlarında ölkə ərazisinə gələn mühacirlərin müdafiəsi sistemini ləğv etmir. Bu sənədin tətbiqi altına 750 min gənc düşür. Amma Trampın administrasiyası ölkə ərazisinə uşaqlarını qanunsuz gətirən valideynlərin cəzalandırılmasını tələb edir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *