Bakıda kirayə mənzil problemi: əşyasız verilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda kirayə mənzil problemi: əşyasız verilmir

Bakıda kirayə mənzil problemi: əşyasız verilmir

Bakıda əşyasız şəkildə kirayəyə verilən mənzillər azalıb. Buna səbəb əşyasız evin, əşyalı mənzilə nisbətən kirayə qiymətinin ucuz olmasıdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirir ki, son 10 ildə əşyalı evə təlabat çox olduğundan mənzil sahibləri də evlərini bu şəkildə kirayə verməyə çalışırlar. Araşdırmalara görə, Bakıətrafı ərazilərdə də belə evlərin qiyməti fərqlidir. Məsələn, şəhərin mərkəzində 2 otaqlı əşyalı ev 500- 600 manata təklif edildiyi halda , əşyasız ev 400-450 manatdır. Nisbətən mərkəzdən kənar, amma metrolara yaxın ərazilərdə bu qiymət əşyalı ev üçün 350-400 manat olduqu halda, 2 otaqlı əşyasız evin kirayə qiyməti 300 manat olur. Şəhərdən qıraq ərazilərdə isə 2 otaqlı əşyalı ev 250 manat civarında, əşyasız evlər isə maksimum 200 manata qədər olur.

Ekspert bildirir ki, əşyanın təzə və yaxud köhnə olmasına görə də qiymətlər arasında 50 manata qədər fərq olur.

Əşyalar daşınan zaman yararsız hala düşdüyündən hətta əşyası olan kirayəşinlər də tez-tez ev dəyişdiyi üçün əşyalı evdə kirayə qalmağa üstünlük verirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *