Bakıda kirayə evlərin qiymətində » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda kirayə evlərin qiymətində – ŞOK ARTIM

Bakıda kirayə evlərin qiymətində


2015-ci ilin iyunun ayının ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə görə, Birinci Aropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı olaraq paytaxtın bir və ikinci zonalarındakı kirayə bazarında tələb yüksəlib.

Qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

Bayramov bildirib ki, ötən ay 1000-1500 manata təklif edilən mənzillərin qiyməti 3 min manatadək yüksəlib:

“Şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi”.

Onun sözlərinə görə, I Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycada qalmaq üçün üçün otellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər.

“Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də məzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə kirayə evlərinin qiymətini yüksəldiblər” - deyə, o əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *