Bakıda bu evlər ucuzlaşıb (CƏDVƏL) » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Bakıda bu evlər ucuzlaşıb (CƏDVƏL) – FOTO

Bakıda bu evlər ucuzlaşıb (CƏDVƏL)


Bu ilin mart ayında Bakının ilkin mənzil bazarında ümumi təkliflərin sayı 512 ədəd təşkil edib ki, bu da öz növbəsində fevral ayı ilə müqayisədə -34%, ötən ilin mart ayı ilə müqayisədə isə -51% az olub.

ANS PRESS-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin aylıq hesabatında bildirilir.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər ilə, qiyməti 1000-1600 $/kv.m qiymət aralığında olan orta mənzillərin payına düşür. Hər iki qiymət diapazonunda olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının 43 faizinə malikdir və qeydə alınan orta bazar qiyməti müvafiq olaraq 795 $/kv.m və 1220 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 14 faizini isə qiyməti 1600 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir, burada qeydə alınan orta qiymət isə 2080 $/kv.m-dir.

Ötən mart ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1374 $/кv.m-dən -16.38% azalaraq 1149 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1078 AZN/кv.m-dən 11.94% artaraq 1206 AZN/кv.m bəndində qərarlaşıb.

İki məzənnədə qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devolvasiya səbəb olub.

Ümumilikdə son mart ayındakı aparılan araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan “pod moyak” 1,2,3 və çox otaqlı mənzillərin hər birinin USD ilə qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb.

Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi demək olar ki, dəyişməz olaraq qalıb. 115.65 kv.m. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60.4, iki otaqlı 91.24, üç otaqlı 129.61, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 175.43 və 283.0 kv.m qeydə alınıb.

Hesabatda qeyd olunur ki, mart ayında bazara çıxarılan ilkin mənzillərin 42,1 faizi Bakının Yasamal rayonunun, 16,8 faizi Nəsimi rayonunun, 11,2 faizi Nərimanov rayonunun, 3,6 faizi Nizami və Binəqədi rayonlarının, 2,5 faizi Səbail rayonunun, 2 faizi isə Sabunçu rayonunun payına düşüb. Bakı aqlomerasiyasında ilkin mənzil bazarında Abşeron rayonu üzrə olunan təkliflər 7,6 faiz təşkil edib.


Bakıda bu evlər ucuzlaşıb (CƏDVƏL)

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *