Azərbaycanda evlər bahalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda evlər bahalaşdı

Azərbaycanda evlər bahalaşdı


2014-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 10.1% artıb.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

Dövlət Statistika Komitəsinin hesabatına istinadən icmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib.

Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə olunub.

Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib. “MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2% artıb, kommersiya obyektlərinin icarə haqqı isə11.2% azalıb.

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25.4% artıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *