Nüsrət İbrahimov: Kirayə bazarında durğunluq avqust ayının ikinci dekadasına qədər davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nüsrət İbrahimov: Kirayə bazarında durğunluq avqust ayının ikinci dekadasına qədər davam edəcək

Nüsrət İbrahimov: Kirayə bazarında durğunluq avqust ayının ikinci dekadasına qədər davam edəcək


Cari ilin iyun ayından kirayə evlərin qiyməti aşağı düşəcək, amma iyul ayının sonlarından isə bazarda tələbin artması nəticəsində ənənəvi olduğu kimi qiymətlər artacaq.

Bu barədə Oxu.Az-a açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı bildirib.

“Hazırda kirayə mənzil bazarı üçün o qədər də aktiv olmayan dövrdür. Yaxınlarda tələbələrin böyük hissəsi evlərinə qayıdacaq. Bu isə qısa bir dövrdə də olsa, kirayə bazarında təklifi artıracaq. Təklifin artımı isə daimi olaraq qiymətlərdə özünü göstərir.

Hesab edirəm ki, cari ilin iyun ayından etibarən qiymətlərdə azalma müşahidə ediləcək. Amma bu uzun bir dövrü əhatə etməyəcək. İyul ayının sonlarından isə tələbatın artımı qiymətlərin əvvəlki səviyyəyə qayıtmasına gətirib çıxaracaq”, - deyə R.Osmanlı qeyd edib.

Öz növbəsində, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov qeyd edib ki, bu gün kirayə mənzil bazarında həm qiymətlərdə, həm də aktivlikdə durğunluq var:

“Bu gün kirayə mənzil bazarında aktivlik həddindən artıq aşağıdır. Qiymətlər hələki aşağıya doğru gedir. Yəni, həm qiymətlərdə, həm də aktivlik də durğunluq var. Bu vəziyyət avqust ayının ikinci dekadasına qədər davam edəcək”.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *