Bakıda evlərin qiyməti 15-20 min manat düşüb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda evlərin qiyməti 15-20 min manat düşüb

Bakıda evlərin qiyməti 15-20 min manat düşüb

Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da daşınmaz əmlak, eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib.

Bakıda yerləşən və üzərinə “Ev alqı-satqısı” yazılan obyektlərdə çalışan şəxslər bildirir ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.

Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən və “Maklerlər bağı” kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlinsə də alıcı yoxdur.

Rəhman adlı makler musavat.com-a bildirib ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enib: “Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl birotaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Elə çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir və ya satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb. Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb. İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir”.

Tələbatın azalması həm də satıcıların güzəşt mövqeyində olmasına səbəb olur ki, bu da qiymətlərə alıcının xeyrinə təsir edir. Eksperlər hesab edirlər ki, hazırda manatın məzənnəsinin stabil olmaması və növbəti aylarda dollara nisbətdə ucuzlaşmasının gözlənilməsi evlərin də qiymətinə təsir edəcək. Nəticə etibarı ilə mənzil bazarında qiymətlər indikindən də xeyli aşağı düşərək 1990-cı illərin sonunda bazardakı rəqəmlərə qədər gedib çıxa bilər.

Ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı aşağıdakıları söyləyib: “Bazarda qiymətin enməsi hələ davamlı olacaq. Dollarla qiymətlər daha sürətlə enəcək. Yaxın illərdə qiymətlərin qalxması gözlənilmir. Çünki ölkədə iqtisadi aktivlik, gəlirlər, iş yerləri, Rusiyadan gələn vəsait də getikcə azalacaq ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə öz təsirini göstərəcək”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *