Evlərin qiyməti 25 faiz ucuzlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Evlərin qiyməti 25 faiz ucuzlaşacaq

Evlərin qiyməti 25 faiz ucuzlaşacaq


Neftin qiymətinin enməsi daşınmaz əmlak bazarını çökdürüb

"Artıq iki aydır ki, daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə olunur. Təqribi hesablamalara görə, ucuzlaşma 2015-ci ilin sonu, 2016-cı ildə də davam edəcək". Bu haqda "Bizim Yol"a məlumatı daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət Qasımlı verib.

Ekspert qeyd etdi ki, 2008-ci ilin qlobal maliyyə böhranından sonra təcrübə göstərdi ki, belə situasiyalarda təsirə məruz qalan sahələrdən biri də danışmaz əmlak bazarı olur: "O zaman evlərin qiymətində 23 faizə yaxın enmələr oldu. Cari il üçün mənzillərin qiymətində 10-12 faiz ucuzlaşma olacağı proqnozlaşdırılır. Gələn il üçün də qiymətlərdə 10-15 faiz civarında ucuzlaşma gözlənilir".
N.Qasımlı əlavə etdi ki, 2015-2016-cı illər ərzində daşınmaz əmlak bazarında, ümumilikdə, 25 faiz civarında ucuzlaşma olacaq.

Onun sözlərinə görə, qiymətlərin aşağı düşməsi iqtisadiyyatın ümumi tərkib hissəsidir: "Digər sahələrdə olduğu kimi, bu sahədəki dinamikada trend ya aşağı, ya da yuxarı olur. Dinamikaya 8-12 il ərzində qiymətlər artır, sonra yenə aşağı düşür. İqtisadiyyat inkişaf etmək üzrə olanda əhalinin gəlirləri artır, dövriyyədə pul çoxalır, bu zaman qiymətlər şişməyə başlayır. Sonra əhalinin pulu azaldıqca, qiymətlər yenə bahalaşmaqda davam edir. Daha sonra danışmaz əmlak sahibləri görür ki, alıcılıq qabiliyyəti aşağı düşüb, onda qiymətlər də tədricən ucuzlaşır. Dünya iqtisadiyyatında trend bu dinamika üzə dəyişir".

N.Qasımlıya görə hazırda Azərbaycanda əhalinin ödəmə qabiliyyəti indeksi ilə daşınmaz əmlakın qiymətləri arasında azalma tendensiyası start götürüb.

Qeyd edək ki, ötən ilin ortalarından etibarən neftin qiymətinin ucuzlaşması daşınmaz əmlak bazarına da müəyyən təsir göstərib. Ekspertlər neftin qiyməti bahalaşmayacağı təqdirdə proseslərin 2015-ci ilin ikinci rübündən sonra baş verəcəyini bildirirdilər. Artıq bu ili aprel-may ayından etibarən mənzillərin qiymətlərində 5 faizdən çox ucuzlaşma müşahidə edilir.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *