Goranboy sakini öz şəklini həyat yoldaşının başdaşına çəkdirib – VİDEO
Həyatda ola-ola şəklini məzar daşına çəkdirib. Maraqlı hadisə Goranboyda yaşanıb. 80 yaşlı Cahangir Quliyevin hər kəsi təəccübləndirən hərəkətindən danışacağıq. Özü hələ həyatdadır, ancaq şəkli qəbir daşındadır. Özü də vəfat edən xanımın başdaşının üzərində.
Maraqlı hadisə Goranboy rayonunda yaşanıb. 80 yaşlı rayon sakini Cahangir Quliyev 4 il öncə itirdiyi həyat yoldaşına sevgisini ifadə etmək məqsədilə bu addımı atıb. 54 illik evlilikdən sonra yoldaşını itirməklə barışmayan Cahangir Quliyev xanımı üçün başdaşı hazırladarkən onun üzərinə öz şəklini də həkk etmək qərarına gəlir.
80 yaşlı kişi ömür-gün yoldaşına ehtiramını bildirmək üçün tez-tez məzara baş çəkir və onun ətrafında təmizlik işləri də aparır. Yaşının bu çağında sevgisinə sadiqlik nümayiş etdirən ahıl kişi öz əməli ilə hər kəsə örnək olmağı bacarıb.
Mənbə:> XəzərXəbər