Türkiyədə "Goranboy faciəsi" törədildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Dünya

Türkiyədə "Goranboy faciəsi" törədildi

Türkiyədə "Goranboy faciəsi" törədildi


Türkiyədə boşanmaq üzrə olan kişi həyat yoldaşını və qayınatasını öldürüb.

ANS PRESS-in məlumatına görə, Mersinin Erdemli mahalında baş verən hadisəyə səbəb Fatma Düz adlı xanımın həyat yoldaşı Murat Düz ilə yaşadığı problemlər səbəbiylə bir müddət əvvəl atası Məsud Göktenin evinə dönməsi olub. Buna hirslənən Murat Düz pnevmatik tüfənglə qayınatasının evinə basqın edib. Hirsli kürəkən pəncərədən yemək yeyən yoldaşı Fatma Düzü, qayınatası Məsud Göktenə, qayınanası Emine Göktenə və baldızı Hayriyyə Gökteni güllələyib.

Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstənaya aparılıb. Həkimlərin səyinə baxmayaraq Fatma Düz ilə Məsud Göytenin həyatını xilas etmək mümkün olmayıb. İki yaralının vəziyyətinin yaxşı olmadığı bildirilib.

Polis hadisə sonrası qaçan Murat Düzü tutmaq axtarışlara başlayıb.

Xatırladaq ki, analoji hadisə ötən ilin oktyabr ayında Goranboyda yaşanmışdı. Həyat yoldaşı Südabə Məmmədovanın küsüb atasını evinə getdiyi görən Rafiq Hüseynov qayınatasının evinə basqın edərək 7 nəfəri öldürmüş, 2 nəfəri isə yaralamışdı. Rafiq Hüseynov qurbanlarını öldürərkən həm odlu silahdan istifadə etmiş, həm də onların yatdığı otağa qumbara atmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *