Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası alıblar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası alıblar

Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası alıblar


Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar.

Aznews.info-un APA-ya istinadən məlumata görə, martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya daxil olublar.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə girmiş qırmaların bir qismi çıxarılıb.

Ramin Babayev və Ruslan Axundov müalicələrinin və qırmaların qalanlarını çıxarılması üçün Bakı şəhərindəki müvafiq xəstəxanalardan birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən sonra sərbəst buraxılıblar.

Şəki rayon ərazisində ov edən və Şəki saray hotelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi Ruslan Axundov hadisənin Şəki saray hotelinin həyətində baş verdiyini bildiriblər.

Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib hotelə qayıtdıqdan sonra avtomobildən ov tüfəngini götürən zaman tüfəng yerə düşüb.

Tüfəng dolu olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *