Artıq çəkisinə görə 34 nəfər uçuşlardan kənarlaşdırıb
Hindistanın "Air India" dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb. Rusiya mətbuatı xəbər verir ki, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.
Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.
C.Sinha deyib: "Air India" belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar".
Mənbə:> Virtualaz.org