“Zita və Gita”nın məşhur aktrisası öldü
Hindistanın məşhur aktrisası Manorama 78 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə "Tayms of İndia" (“The Times of İndia”) qəzeti məlumat yayıb.
Manorama həyatı boyu 2 mindən çox rolda oynayıb. O, bu göstəricisinə görə Ginnesin rekordlar kitabına düşüb. O, postsovet məkanında məşhur “Zita və Gita” filmində oynadığı Kauşalya rolu ilə tanınır.
Mənbə:> Axar.az