NIKOIL | Bank yeni vakansiya elan edib
NIKOIL | Bank yeni vakansiya elan edib.
Oxu.Az yeni vakansiya üzrə səlahiyyət və tələbləri təqdim edir.
Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsinin müdiri
Səlahiyyətlər:
• Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsinə rəhbərlik və idarə etmək, aşağıda sadalanan səlahiyyətlərlə kifayətlənməmək deyil, daxil olmaqla:
• Plastik kartlar və mobil maliyyə xidmətləri ilə bağlı müəyyən edilmiş strategiyaların hazırlanmasına və tətbiqinə rəhbərlik etmək;
• Bankın kartlar və mobil maliyyə xidmətlərin uğurlu realizasiyasına görə cavabdeh şəxsi olmaq;
• Biznes proseslərinə, satışın təşkilinə, plastik kartlar üzrə biznes-strategiyaları üçün təkliflərin hazırlanmasına rəhbərlik etmək;
• Bankın texnoloji inkişafı və xidmətləri ilə bağlı layihələrin hazırlanması və onlarda iştirak;
• Azərbaycan Qanunvericiliyinə və normativ aktlarına riayət edilməsini təmin etmək;
• Müxtəlif komitə və komandalarda iştirak etmək;
• Layiqli korporativ mədəniyyətinin təşkilində, həmçinin işin hər aspektində ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edilməsində iştirak etmək;
Tabelik və inkişaf imkanları:
• Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsi Pərakəndə bank xidmətləri şöbəsinin hissəsidir.
• Vəzifə bilavasitə Pərakəndə biznes departamentinin direktoruna tabedir.
• Şöbə müdirinə iki vəzifə tabedir:
• Kartların verilməsi üzrə mütəxəssis və əldə etməsi üzrə mütəxəssis.
• Vəzifənin növbəti səviyyəsi - Pərakəndə biznes departamentinin direktorun müavini.
Tələblər:
1. Kommersiya bankında, prosesinq mərkəzində (back-ofis, biznesin inkişafı və ya front-ofis) plastik kartlarla işin idarə edilməsində minimum 3 illik təcrübə;
2. Plasik kartlarla işin prinsiplərini dərindən bilməsi (verilmə, əldə etmə və s.);
3. Beynəlxalq ödəniş sistemlərinin qaydalarını və tələblərini, normativ bazanı və əlaqəli sahələri bilməsi;
4. Mobil maliyyə xidmətlərinin tətbiqində təcrübə önəmli üstünlükdür;
5. İqtisadiyyatda, bank işində, biznesin idarə edilməsində dərəcə. Elmi dərəcə - üstünlükdür;
6. “Microsoft Office” (“Word”, “Excel”, “Outlook”, “Visio”, “Project”, “Power Point”), ABS sistemini və plastik kartların back-ofis sistemini bilmək;
7. Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini əla səviyyədə bilmək.
8. İdarəetmə təcrübəsi üstünlüklərdən biridir.
Mükafatlandırma:
Biz əməyin əla ödəniş şərtlərini təklif edirik (müəyyən edilmiş əməkhaqqı və səmərəliliyin nəticəsində qazanılan bonuslar daxil olmaqla).
Əlaqə:
CV formalarınızı cv@nikoil.az ünvanına göndərməyinizi xahiş edirik.
Son müddət:
1 aprel 2017 il.
Mənbə:> Oxu.Az