Təqaüd və müavinət alanların nəzərinə: kartlar yenilənir
Sosial müavinətlər Azərbaycan vətəndaşları 2015-ci il iyulun 20-dən etibarən "Kapital Bank" ASC-nin şöbə və filiallarında plastik kartlarını yeniləyə biləcəklər.
Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Daha əvvəl bu xidmətləri "Kapital Bank"la yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) da göstərirdi.
İndi ABB-nin bankomatlarından müavinət və təqaüd alan vətəndaşlar onları yalnız "Kapital Bank"ın bankomatları vasitəsilə əldə edəcəklər.
Əgər ABB-nin plastik kartlarında hələ də çıxarılmamış məbləğ (müavinət və təqaüd) qalıbsa, onları Beynəlxalq Bankın filiallarından almaq olar. Kartda qalmış vəsaitin ABB-dən alınması ilə bağlı problem yaranarsa, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Mənbə:> Virtualaz.org