Azərbaycanda bu gecə plastik kartlar işləməyəcək
“Azericard” Prosesinq Mərkəzi fəaliyyətini müvəqqəti dayandırır.
Sistemdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq “Azericard” Prosesinq Mərkəzinin fəaliyyəti oktyabrın 13-dən 14-nə keçən gecə, saat 01:00-dan 06:00-dək dayandırılacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə bankların müştərilərə xəbərdarlığında bildirilib.
Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar onlayn rejimdə həyata keçirilməyəcək.
Mənbə:> Oxu.az