Maliyyə Palatası işçi axtarır
Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət idarəsinin böyük inspektoru vəzifəsinə işçi axtarır.
Oxu.Az xəbər verir ki, ali təhsilli (maliyyə/iqtisadi), analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 10-dur.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/iqtisadi);
- Analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Maliyyə qanunvericiliyi üzrə biliklər;
- Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;
- Layihələrlə iş bacarığı və təcrübəsi;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- MS Office proqramları.
İşin təsviri:
- Kredit təşkilatlarında yoxlamalar həyata keçirir;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;
- Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;
- Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
- Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E-mail: hr@fmsa.az
Mənbə:> Oxu.az