KREDİT MÜTƏXƏSSİSİ TƏLƏB OLUNUR
Əmək haqqı: 300-400 AZN
İşəgötürən: Optimal Electronika
İş yeri: Bakı
Yaş həddi: 20 - 35 yaş
Cinsi: Qadın
Təhsil: Ali
Təcrübə: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Sakina Tagiyeva
Telefon: (012) 422-23-32
Email: hr@optimal.az

İş barədə məlumat
- Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
- Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
- İş təcrübəsi olanlara üstünlük verilir
- Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
- Müştərilərlə ünsiyyət qurma və komandada işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (namizədin şəklinin olması mütləqdir) hr@optimal.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.