TUR MENECER TƏLƏB OLUNUR
Əmək haqqı: 400-600 AZN
İşəgötürən:> “Turizm.Az” Travel Group
İş yeri:> Bakı
Yaş həddi:> 21 - 28 yaş
Cinsi:> Fərq etməz
Təhsil:> Ali
Təcrübə:> 1 ildən aşağı
Əlaqədar şəxs:> Murad Karamov
Telefon:> (050) 210-36-43
(012) 596-11-96
Email:> hr@turizm.az
İş barədə məlumat
Öhdəliklər:
- Daxili və ya xarici turların təşkili
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması
- Sığorta yazılması
- Mövsümə uyğun turların analiz edilib hazırlanması və marketinq şöbəsinə ötürülməsi
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta
- Sınaq müddətindən sonra əmək haqqı: 400-600 AZN maaş + aylıq bonus (mənfəətin 10%-i)
- Sınaq müddəti: 3 ay
1-ci ay: Təlim
2-ci ay: Satışdan əldə edilmiş mənfəətin 20%-i məbləğində əmək haqqı
3-cü ay: Satışdan əldə edilmiş mənfəətin 20%-i məbləğində əmək haqqı
- Karyera yüksəlişi perspektivi.
- Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus)
- İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 10:00-15:00, Bazar günü: istirahət günü
Namizədə tələblər
Vacib Tələblər:
- Bakalavr dərəcəsi (Universitetə qəbul zamanı coğrafiya və riyaziyyat fənnindən imtahan vermiş şəxslər)
- Dünya coğrafiyası bilikləri
- Word və Excel kompyuter proqramları bilikləri
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s.
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti
- Azərbaycan (əla), rus (əla) və ingilis (əla) dili bilikləri
Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) hr@turizm.az elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır.
Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Tur menecer) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
Əlavə məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz: (012) 596 11 96 (daxili nömrə 200)