Rusiyada ticarət mərkəzində yanğına görə iki azərbaycanlı mühakimə olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Rusiyada ticarət mərkəzində yanğına görə iki azərbaycanlı mühakimə olunur

Rusiyada ticarət mərkəzində yanğına görə iki azərbaycanlı mühakimə olunur

Rusiyada 19 nəfərin ölümünə səbəb olmuş “Admiral” ticarət mərkəzindəki yanğınla bağlı məhkəmə prosesi başlayıb.

Oxu.Az xəbər verir ki, Kazanın Kiyev rayon məhkəməsi 344 cildlik cinayət işi üzrə 700-dən çox sahibkarın adı zərərçəkən qismində keçən işə baxmağa başlayıb.

Zərərçəkənlərin sayı çox olduğundan məhkəmə Kazan şəhərinin “Gənclik” mədəniyyət sarayında keçirilir.

Məhkəmə qarşısında ticarət mərkəzinin binasının icarədarları - “Zarya” MMC-nın direktoru, azərbaycanlı Hüseyn Qəhrəmanov, onun müavini və atası Gülhüseyn Nəcəfov və digər müavini Nikolay Kayekin, eləcə də “İnvestisiya Tikinti Şirkəti” ASC və “AS Menecment İdarəetmə Şirkəti" QSC-nın baş direktoru Robert Xayrullin dayanıblar. İttiham olunanlar arasında Rayonlararası məhkəmə icraçıları regional xidmətinin rəisi Janna Alparova, onun sabiq həmkarı Minzilya Safina, Tatarıstan üzrə Dövlət tikintiyə nəzarət idarəsinin mütəxəssisi Qaliya İsayeva və daha 5 nəfər var.

Respublika üzrə İstintaq Komitəsinin qənaətinə görə, onların hamısının 11 mart 2015-ci ildə “Admiral” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinə bu və ya digər şəkildə bağlılığı var. Təqsirləndirilənlərin əksəriyyəti öz günahını etiraf etməyib, yaxud qismən etiraf edib. Yanğın zamanı 19 nəfər ölüb, 60-dan çox şəxs yaralanıb. Dəyən ziyanın məbləği 12 milyard rubl təşkil edib.

İstintaqın qənaətinə görə, yanğın bir neçə səbəbə görə baş verib. Bunlar arasında keçmiş zavodun ərazisinin ticarət mərkəzi kimi istifadə olunması, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, mərkəzin damında aparılan təmir işlərinin qeyri-peşəkar işçilər tərəfindən həyata keçirilməsi və s. səbəblər var.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə aparılan yoxlamalardan sonra məhkəmə qanun pozuntularını aradan qaldırmaq üçün məhkəmə icraçılarına tapşırıb verib. Lakin onlar bu tapşırığı yerinə yetirməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *