Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub


Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda məhz sülh yolu ilə həll olunması vacibliyini qeyd edərək “Ermənistan Azərbaycan Sülh Platforması”-na qoşulduğu barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bəyanatda bildirilir:

“Ermənistan Respublkasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram.

Bu münaqişənin həlli məhz beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini vacib olduğunu bildirirəm. ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.
Yaxın keçmişdə Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hiss ilə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının hal-hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi və əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əminamanlıq qurmaq və onu saxlamaq olan “Ermənsitan Azərbaycan Sülh Platformasın”-a dəstəyimi ifadə etmək istəyirəm.

Buna görə də, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm!

Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *