“Yapışqan panda” ilə video interneti partlatdı – VİDEO
Zooparkın işçisinə təmizlik işləri aparmaqda mane olan kiçik pandanın əks olunduğu video-çarx bir neçə gün ərzində Facebook-da 95 milyon baxış toplayıb.
Oxu.Az Mashable-yə istinadən xəbər verir ki, hadisə Çinin Sıçuan əyalətində böyük pandaların yetişdirildiyi Mərkəzdə baş verib. Fevralın 22-də yerləşdirilən videoda panda balası işçinin diqqətini cəlb etməyə çalışır, onun ayağından sallanır, şalvarına dişlərini batırır və təmizlik işləri aparmaqda mane olur.
Facebook istifadəçiləri zoopark işçisinə ancaq qibtə etmək fikrində həmrəy olublar. Şəhçilərdən biri “Bu mənim hər gün getmək istədiyim işdir”, - deyə yazıb.
Mənbə: Oxu.az