Cütlüyün "Love Story"-si interneti partlatdı – VİDEO
19 yaşlı Yevka ilə 20 yaşlı Lukaş adlı qaraçı cütlüyün toyundan çəkilən görüntülər sosial şəbəkələrdə baxış rekordu vurur.
Missiya.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəbdəbəli toy Slovakiyada keçirilib.
Toydan çəkilən görüntülər “YouTube” kanalında yayıldıqdan bir müddət sonra ona 400 minə yaxın baxış olunub.
Yeni evlənənlərin və onlarin qohumlarının zənginliyini əks etdirən toy klipi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qaraçı cütlüyün toyu zamanı bir sıra qaraçı ayinləri yerinə yetirilib. Bəy və gəlinin geyimləri qızıl ilə işlənib. Cütlüyün rəqsi zamanı onların başına 500 avroluq əskinaz və qızıl zinət əşyalarının yağış kimi yağması diqqət çəkib.
Post by aznews.info.
Mənbə:> Missiya.az