Din müəllimi interneti "partlatdı" – FOTO
Türkiyədə din dərsləri deyən gənc müəllim internetin fenomeninə çevrilib.
ANS PRESS-in məlumatına görə, Serhat Karanfil adlı gənc müəllim Bursada məktəblərdən birində din mədəniyyəti və əxlaq müəllimi işləyir. Dərs zamanı tələbələrindən biri onun şəklini gizli çəkərək İnstaqram səhifəsində paylaşıb.
Yaraşıqlı gənc müəllim də izləyicilərinin diqqətinə biganə qalmayıb və sosial şəbəkədə daha çox şəkillərini paylaşmağa başlayıb. Nəticədə din dərsi keçən müəllimin pərəstişkar ordusu yaranıb.
Hətta Serhat Karanfilin Facebook səhifəsinin izləyiciləri onu Avropaya - İslamı yaymağa göndərməyi məsləhət görüb.
Lakin onu qınayanlar da tapılıb.
Mənbə:> ANSPRESS