Panda dişlədi, 80 min dollar aldı
Çində vəhşi pandanın dişlədiyi kişiyə məhkəmə qaydası ilə 80 min dollar kompensasiya kəsilib.
ANS PRESS-in məlumatına görə, panda həmin şəxsin fermasına baytarlar onu tutmaq istəyəndə girib.
Baytarlar pandanın xəstələndiyini düşündükləri üçün onu tutmağa çalışırmışlar.
Vəhşi pandanın dişləməsinə məruz qalan və ayağında bir neçə saatlıq cərrahiyyə əməliyyatı aparılan fermer Quan Quanzhi yerli meşəçilik və təbiəti mühafizə rəsmilərini məhkəməyə verib.
Mehriban və həlim reputasiyalarına baxmayaraq, pandaların güclü çənələri və bərk dişləmək imkanı verən böyük dişləri var.
Meşəçilər palçığa bulaşmış heyvanı tutmaq üçün yerli sakinlərdən kömək istəyiblər. "Mühasirəyə" alınan panda qorxusundan Quanın sahəsinə girib.
Birdən-birə heyvanı görəndə Quan yerindəcə donub və panda onun sol ayağını dişləyib.
60 yaşlı Quan isə alacağı kompensasiyadan çox məmnundur.
Mənbə:> ANSPRESS