Kanadada yaşamağın mənfi və müsbət tərəfləri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Kanadada yaşamağın mənfi və müsbət tərəfləri

Kanadada yaşamağın mənfi və müsbət tərəfləri


Başqa bir ölkəyə yaşamaq üçün köçmək vacib qərardır. Bu addımı atmadan öncə gedəcəyiniz ölkənin mənfi və müsbət tərəflərini araşdırmaq mütləqdir. Hazırda bütün dünya üzrə ən çox miqrant qəbul edən ölkə Kanadadır.

Kanada bu il 300 min miqrantı qəbul etməyə hazırlaşır. Hətta hökumət tərəfindən bu rəqəmi 450 minə çatdırmaq planlaşdırılır.

AzNews.info xəbər verir ki, Azərbycanda da bu ölkəyə marağın olduğunu nəzərə alaraq Fins.az Kanada saytlarının və orada yaşayan miqrantların fikirlərinini təqdim edir.

Qeyd edək ki, məqalə Kanadanın Britaniya Kolumbiyası əyaləti və burada yerləşən Vankuver şəhəri haqqındadır.

Əmək bazarı

Əmək bazarında böyük rəqabət var. Demək olar ki, bütün sektorlarda bu rəqabət hiss olunmaqdadır. Əgər sizin öz ölkənizdə yetərincə iş təcrübəniz olsa belə, bu əyalətdə iş tapmaq elə də asan olmayacaq.

İş axtararkən inadcıl olmağınız məsləhət görülür. İngiliscə buna “foot-in-the-door” deyilir. Məsləhətdir ki, CV-lərinizi işləmək istədiyiniz şirkətə verərkən birbaşa həmin şirkətə gedib özünüz təqdim edəsiniz.

Aylıq xərclər

Əgər adıçəkilən Kanada əyalətində stabil işiniz varsa, o zaman aylıq xərclərinizdən qorxmaya bilərsiniz. Lakin potensial immiqrantsınızsa, o zaman bunu nəzərə almalısınız.

Orta hesabla bir nəfərin bir aylıq xərci 800-1000 dollar təşkil edir. Bu məbləğə evin kirayəsi, kommunal xərclər, internet və rabitə xərcləri və tibbi xərclər (tibbi sığorta) daxildir.

Ərzaq alışı ictimai nəqliyyatdan istifadə və digər sahələrdən istifadə bir nəfərin aylıq xərcini 1500 dollara çatdırır. Bu vəsait aylıq minimum xərcdir.

Səhiyyə

Əgər tibbi sığortanız yoxdursa, o zaman həkimə baş çəkərkən yüksək məbləğ ödəməyə hazır olun. Belə ki, sadə həkim müayinəsi 200 dollara başa gələcək.

Baza əməliyyatları, misal üçün, kor bağırsaqdan əməliyyat olunsanız, o zaman 8 min dollarınızdan keçməli olacaqsınız. Bu əyalətdə həkimlərin pasientlərə xərclədiyi orta vaxt göstəricisi 10 dəqiqədir. Həkimlərin pasient sayı onların gəlirlərinə birbaşa təsir edir.

Kanadada yaşamağın müsbət cəhətləri

Bu ölkədə yaşam səviyyəsi yüksəkdir. Korrupsiya səviyyəsi olduqca aşağıdır, demək olar ki, yoxdur. Əgər polisə rüşvət təklif etsəniz, şübhə etməyin ki, həmin gecəni ən yaxşı halda bölmədə keçirəcəksiniz.

İnsanlar yüksək maaş aldığından iş yerlərini itirmək istəmirlər. Həmçinin, hər hansı şəxsin rüşvət alması onun birbaşa əmək karyerasına da təsir edir. Misal üçün, Toronto şəhər meri piyadalar üçün nəzərdə tutulmuş yerdən keçmədiyi üçün cərimə olunub və cəriməsini də ödəyib.

Təbiət və ekologiya

Kanada hökuməti ekoloji təmizliyə əməl edilməsinə xüsusi nəzarət yetirir. Bu sahədə yeganə qarşılaşacağınız problem tullantıları atarkən hansı tullantını hansı zibil qutusuna atmağınız olacaq.

Misal üçün, plastik qablar ayrı zibil qabına, şüşə tullantılar isə başqa zibil qabına atılır. Tullantılar sonradan emal olunduğundan bütün zibil növləri bu cür çeşidlənir.

Cinayətkarlığın səviyyəsi

Cinayətkarlıq Kanadada bütün dünya ölkələri ilə müqayisədə ən aşağı səviyyədədir. Hər hansı bir cinayət hadisəsi baş verən zaman kanadalılar 911 zəng edirlər.

İnfrastruktur

Bahalı binalar, səliqəli avtoparklar və ticarət obyektlərini Kanadanın bütün böyük şəhərlərində görmək mümkündür.

Sağlam qida

Əksər kanadalılar qida rasionlarına fikir verirlər. Odur ki, bütün dükanlarda alıcılara orqanik və qeyri-orqanik yeməkləri ayrıca təqdim edirlər.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *