Məmuru zibil qabına atdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Məmuru zibil qabına atdılar

Məmuru zibil qabına atdılar


Ukraynada daha bir məmuru zibil qabına atıblar. ANS PRESS-in məlumatına görə, bu dəfə qəzəbli "sağ sektor"un qurbanı Prikarpatiya da olub. Sektorun fəalları İvano Frankovski vilayətinin ədliyyə baş idarəsinin rəisi Vasily Kavatsyukun kabinetinə giriblər.

Ondan istefa ərizəsi yazmaq tələb edilib. Radikalları əsəbləşdirən isə onun "Müxalifət bloku"nu qeydiyyata alması olub.

Rədd cavabı alan fəallar rəisi kabinetindən çölə çıxarıblar və zibil qutusuna atıblar.
Daha sonra onun içərisində olduğu qabı küçələrdə dəmiryolu vağzalı istiqamətində sürüblər.
Bundan sonra isə onun üzərinə yumurta və "zelyonka" tökərək buraxıblar.

Radikallar bu cəza addımını Pasxadan əvvəl bədəni və ruhu təmizləmək üçün keçirilən aksiya ilə əlaqələndiriblər. Bu cəza tədbirlərinə radikallar "Təmiz cümə axşamı" adını veriblər.

Xatırladaq ki, Ukraynada "zibilə atma" aksiyası bütün regionlara yayılıb. 2014-cü ilin sentyabrından radikal qüvvələr vilayət administrasiyalarının, prokurorluğun məmurlarına etirazlarını bu yolla nümayiş etdiriblər. Onlar istefa tələbi ilə məmurları zibil qabına atıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *