Nişanlısına görə istefa verdi, biseksual yerini tutdu
Amerikalı qubernator nişanlısı üzündən vəzifədən gedib.
ANS PRESS-in məlumatına görə, Oreqon ştatının qubernatoru Con Kitsxaber (John Kitzhaber) evlənmək ərəfəsində olduğu Silviya Xeyzlə bağlı (Cylvia Hayes) qalmaqaldan sonra istefa verməyə məcbur qalıb.
Xeyz gələcək ərinin şan-şöhrətindən istifadə edərək torpaq müqavilələrini öz biznesi xeyrinə bağlamaqda günahlandırılır.
Con Kitsxaberin istefasından sonra ştatin katibi Keyt Braun (Kate Brown) qubernator səlahiyyətlərinin icrasına başlayacaq. Bununla o, ABŞ ştatında ilk biseksual rəhbər oldu.
İstefa verən Kitsxaber 2014-cü ilin noyabrında seçkilərdə qalib gələrək dördüncü müddətə yenidən qubernator seçilmişdi. Bu isə ABŞ-da çox nadir hallardan hesab edilir. Lakin seçki kompaniyası gəlini Xeyzin qalmaqalı fonunda keçmişdi.
Con Kitsxaberin gəlini 2014-cü ilin oktyabrında efiopiyalı ilə gizli nigaha girdiyini etiraf etmişdi. 29 yaşlı Xeyz 1997-ci ildə qrin-kart alması və ABŞ-da qalması üçün 18 yaşlı Abraxamov B. Abraxamovla (Abraham B. Abraham) saxta nigaha girib. Qadın bunun qarşılığında efiopiyalıdan 5 000 dollar almışdı. Bu qadının üçüncü rəsmi nigahə idi.
Kitsxaber və Xeyz 2014-cü ilin avqustunda nişanlandığlarını elan etmişdilər. Hələ bu rəsmi elana qədər də onu Oreqonun birinci xanımı çağırırdılar.
Mənbə:> ANSPRESS