Dekabrda Azərbaycanın Avropa Bankından aldığı borcun » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Dekabrda Azərbaycanın Avropa Bankından aldığı borcun – MƏBLƏĞİ

Dekabrda Azərbaycanın Avropa Bankından aldığı borcun


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 28 mln. avro, yaxud 1,06% artaraq 2017-ci il yanvarın 1-nə 2 mlrd. 660 mln. avroya yüksəlib.

Aznews.info “Report”a istinadən xəbər verir ki, bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da artaraq 160-dan 161-ə çatıb. Bunun strukturunda özəl sektorun payı isə 2% bəndi azalaraq 52%-ə düşüb.

Məlumata görə, Azərbaycanın banka ödənişlərinin həcmi 33 mln. avro, yaxud 1,76% artaraq 1 mlrd. 906 mln. avroya çatıb.

AYİB-in Azərbaycandakı əməliyyat aktivləri isə 40 mln. avro və yaxud 6,38% azalaraq 587 mln. avroya düşüb. Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 46 mln. avro, yaxud 4,55% azalaraq 966 mln. avroya bərabər olub.

Qeyd edək ki, AYİB-in Azərbaycanda aktiv layihələrinin sayı da 1 vahid azalıb. Hazırda bank Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *