Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO
Fevralın 5-də YouTube portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı.
Aznews.info Virtualaz.org-a istinadən xəbər verir ki, terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.
Usama ben Ladeni yamsılayan yaraqlı iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.
Lakin bir neçə saat əvvəl “Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb.
Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.
Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.
Mənbə:> Virtualaz.org