İraqda iki İŞİD lideri məhv edilib
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terrorçu qruplaşmasının iki liderini məhv edib.
AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, buni koalisiyanın nümayəndəsi Con Dorrian bəyan edib.
“İŞİD-ın İraqda iki lideri, İmad əl-Mahalauyi və Fəlah əl-Rəşidi məhv edilib. Yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosulda minalanmış avtomobillərin istehsalı ilə məşğul olub. Digər terrorçu dekabrın 21-də öldürülüb. Onun məhv edilməsi Fərat çayı vadisində terror aktları törədilmə imkanlarını azaldacaq”, deyə C.Dorrian bildirib.
Mənbə:> APA