Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq – VİDEO
Əksər sürücülər şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər.
Oxu.Az xəbər verir ki, bəzi sürücülər hətta sistemin donmaması üçün spirtli içkilərdən və qab yumaq üçün nəzərdə tutulan vasitələrdən də istifadə edirlər.
Bunlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Çünki həmin qatqıların bəziləri həm avtomobil üçün zərərlidir, həm də insan səhhətinə ciddi mənfi təsir göstərə bilər.
Şüşəsilənlərin donmaması üçün istifadə etdiyiniz qatqılar səhhətinizə mənfi təsir edə bilər.
Ustaların sözlərinə görə, bu qatqılar əsasən Rusiya, Avropa və Çin istehsalı olur. Onlardan ən məsləhətlisi Avropa istehsalı olanlardır. Avropa istehsalı olan qatqıların qiymətləri isə 5-15 manat arasında dəyişir.
Mənbə:> Oxu.az