Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur – VİDEO
Paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində sürücülərə avtomobilin yanacaq çəninə tökmək üçün əlavə qatqılar almaq təklif edilir. Onlar həmin qatqıların avtomobilin yanacaq sisteminə müsbət təsir edəcəyini iddia edirlər.
Bəzi sürücülər isə həmin qatqılardan alıb istifadə edirlər.
Ekspertlər isə deyirlər ki, həmin qatqıların bütün avtomobillərə tökülməsi heç də düzgün deyil. Çünkü həmin qatqılar köhnə avtomobillərə tökülərsə, yanacaq sistemini sıradan çıxara bilər.
Ekspert Qurban Məmmədov yeni avtomobili olan şəxslərə bu qatqılardan istifadəni tövsiyə edir.
Əgər köhnə avtomobili olanlar bu qatqılardan istifadə etmək istəyirlərsə, mütləq əvvəlcə avtomobilin yanacaq sistemini təmizlətdirməlidirlər.
Oxu.Az xezerxeber-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.
Mənbə:> Oxu.az