Rusiya Türkiyənin çörəyinə göz dikdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rusiya Türkiyənin çörəyinə göz dikdi

Rusiya Türkiyənin çörəyinə göz dikdi


Rusiyanın buğda idxalını dayandırması Türkiyədə çörəyin qiymətinə təsir edəcək.

ANS PRESS-in məlumatına görə, Türkiyədə həmçinin quraqlıq, sel və daşqınları səbəbiylə bu il taxıl istehsalı istədiyi səviyyəyə çatmayıb. Rusiya Taxıl Birliyi ölkə daxilindəki tələbatı təmi etmək üçün taxıl ixracatını dayandırdığını açıqlayıb.

Bu qərar isə Rusiyadan buğda alan Türkiyəyə mənfi təsir edəcək. Türkiyə Statistika Komitəsinin məlumatları da buğda istehsalının bir ildə 13,8% azaldığını göstərir.

Ölkədə 2013-cü ildəki 22 milyon 50 min tonluq buğda istehsalı, bu il 19 milyon tona geriləyib. 7 milyon 900 min ton olan arpa istehsalı isə 2014-cü ildə 6 milyon 300 min tona düşüb.

Türkiyəli rəsmilər istehsaldakı bu enişin həm istehsalçıya, həm də istehlakçıya baha başa gələcəyini deyirlər. 2015-2016-cı illər ərzində də iqlim dəyişikliyinin istehsala mənfi təsir edəcəyini ehtimal edən səlahiyyətlilər bu vəziyyətin qiymətlərdə öz əksini tapacağını bildirirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *