Bakıda tanınmış psixoloq intihar etdi
Psixoloq Dəyanət Rzayev intihar edib.
Ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, D. Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
Onların bildirdiyinə görə, D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.
D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.
Psixoloq Dəyanət Rzayev intihar edib.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, o, özünü yaşadığı evdə kəmərlə asıb.
Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub.
O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb.
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər.
Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.
Mənbə:> Lent.az