Bakıda “Formula 1” yarışlarını işıqlandıran jurnalistlər üçün təlim keçirilir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Formula 1” yarışlarını işıqlandıran jurnalistlər üçün “Sürətin nəbzini tut” adlı təlim keçirilir.
Oxu.Az xəbər verir ki, təlimlərin məqsədi jurnalistlərin idman tədbirlərinin işıqlandırılmasında, eləcə də müasir texnologiyanın jurnalistikada istifadə bacarıqlarının artırılmasıdır.
İki gün davam edən təlimlər məşhur britaniyalı media mütəxəssis Den Meyson və tanınmış rusiyalı idman şərhçisi Aleksey Popov tərəfindən aparılacaq.
Təlimlərdə Azərbaycanın 20 aparıcı KİV, o cümlədən Oxu.Az-ın nümayəndəsi iştirak edir.
Mənbə:> Oxu.az