Bulvardakı “Saat qülləsi”ndə intihara cəhd
Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib.
"Report" xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki “Saat qülləsi”nə çıxıb.
Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti bölüyünün əməkdaşları intiharın qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report