Gəncədə reyd: 70-dən çox piyada cərimələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Gəncədə reyd: 70-dən çox piyada cərimələndi – FOTO

Gəncədə reyd: 70-dən çox piyada cərimələndi


Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.

Aznews.info-un APA-ya istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Piyadalar nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onlar barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.

Polis şöbəsinin inspektor Vasif Rüstəmovun bildirdiyinə görə, mütəmadi keçirilən reydlər öz müsbət nəticəsini verməkdədir. İnspektor bundan sonrada bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib.

Məlumata görə, ötən il Gəncədə 18 min 674 piyada yol hərəkəti qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdən yolu keçdikləri üçün məsuliyyətə cəlb edilib.

Gəncədə reyd: 70-dən çox piyada cərimələndi
Gəncədə reyd: 70-dən çox piyada cərimələndi
Gəncədə reyd: 70-dən çox piyada cərimələndi

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *