Yevlaxda qadın yol polisi ilə dalaşdı – VİDEO
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.
AzNews.info Region TV-yə istinadən xəbər verir ki, sürücülük hüququ olmadan avtomobil idarə edən, sərxoş vəziyyətdə olan, ötmə qaydalarını pozan, görməni məhdudlaşdıran şüşələrdən istifadə edən, avtomobili texniki baxışdan keçirməyən əsasən də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb.
Onlar barəsində inzibati qaydada tədbirlər görülüb, cərimələr tətbiq edilib. Sürücülük hüququ olmayanların avtomobilləri cərimə meydançasına aparılıb.
Reyd zamanı yol polisinə müqavimət göstərən və xidmətin aparılmasına mane olmağa çalışan sürücülərə də rast gəlinib. Ümumilikdə 20 sürücü barəsində inzibati-protokol tərtib edilib.
"Qaydaları pozan, avtomaşını sərxoş vəziyyətdə idarə edən, sürücülük hüququ olmayan, kateqoriyası olmayan, ötmə qaydasını, üfüqi nişanlanma xətlərinin tələblərini, manevr etmə qaydalarını pozan və digər bu kimi hallara yol verən sürücülərə qarşı mübarizə daha da gücləndirilib” - deyə Yevlax RPŞ DYP bölməsinin rəisi Cavanşir Vəliyev bildirib.
Reydlər davam etdiriləcək.
Mənbə:> Region TV