"Sağlam ailə naminə sağlam düşün" » AzNews.info -Xəbər portalı

"Sağlam ailə naminə sağlam düşün" – FOTO

"Sağlam ailə naminə sağlam düşün"



Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və layihə rəhbəri Fəridə Fərəcova olan “Sağlam ailə naminə sağlam düşün!” layihəsi Sağlam ailə anlayışının fundamental əsaslarını öyrətmək və bu xüsusda cəmiyyət problemlərini individual olaraq aradan qaldırmaqla sağlam düşünməyə təşviq etmək məqsədi daşımaqdadır. Belə ki, oktyabr ayından start götürən Sağlam ailə naminə sağlam düşün! layihəsi çərçivəsində ilk öncə Mərkəzi Aran bölgəsində xüsusilə, Şirvan, Sabirabad rayonlarında bu problemlə əlaqədar fərdi araşdırma, sorğu, müşahidə və müsahibələr aparılmış, erkən nigah, qeyri-sağlam ailə təməlləri və bunun yaratdığı problemləri habelə, sağlam ailə modelinin nəzəri və tətbiqi öyrədilməsi məqsədilə təlim kitabçaları hazırlanmışdır. Erkən nikahların qarşısının alınması sahəsində layihənin son mərhələsində müvafiq rayonlarda məlumatlandırıcı tədbirlər həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, layihənin həyata keçirilməsi üzrə Şirvan və Sabirabad rayonlarının seçilməsi heç də birmənalı deyildir. Belə ki, aparılan araşdırmalara görə Azərbaycan erkən nigah hallarının ən çox baş verdiyi bölgələrdən biri də Aran bölgələridir. Belə ki, həmin ərazilərdə 15-14 yaşlarda nişanlamalar və digər arzuolunmaz durumlar müşahidə olunmaqdadır. Beləliklə bu cür problemlərin fonunda erkən nikahlarda hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. “Sağlam ailə naminə sağlam düşün!” layihəsi çərçivəsində müvafiq rayonlarda müşahidə olunan erkən nigah hallarının azaldılması üzrə məlumatlandırma, ictimai maraq və təşəbbüskarlığın artırılması, problemin qabardılması və ictimailəşdirilməsi, gənclərin müvafiq problem üzrə iştirakçılığın və aktivliyinin təmin olunması, ailələri öz uşaqlarını düzgün yetişdirilməsi, tərbiyə və təhsilini artırmağa təşviq edici mahiyyətdə seminarlar verilmişdir. Şirvan rayonundan aparılan seminarlar Şirvan rayonunun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini, dini qurumlarla işin təşkilatçısı Hüseynov Adəm, Şirvan rayon gənclər və idman idarəsinin rəisi Azər Quliyev, layihə rəhbəri Fəridə Fərəcovanın açılış nitqi ilə başlamış, gənclərlə mövzu ətrafında müzakirələr aparılmışdır. Sabirabad rayonundakı tədbirlərdə isə Sabirabad rayon gənclər idman idarəsi rəisi Nadir Q. və Turizm və Mədəniyyət Nazirliyi regional mədəniyyət şöbəsinin sədri Əhməd Ramazanov başda olmaqla çoxsaylı gəncin iştirakı ictimai müzakirələr fonunda təklif dinləmələri də həyata keçirilmişdir. Seminarlar vaxtı gənclərə sağlam ailə fəlsəfəsinin effektiv formada aşılanması məqsədilə hər birində düzgünlük payı olan və subyektiv fikr-mülahizələrə açıq cavablara malik 10 sual ünvanlanmışdır. Bu suallar nəzdində azyaşlı gənclərin, valideynlərin dialoqunu formalaşdırmışdır. Düzgün payı daha yüksək olan cavablar fonunda sağlam ailə modelinin effektiv məlumatlandırılması metodikasından istifadə olunmuşdur. Şirvan və Sabirabad rayonlarındakı tədbirlərin son günündə seçilmiş aktiv iştirakçılara Gənclər Fondu loqolu “Sağlam ailə naminə sağlam düşün!” layihəsi iştirakını nəzərdə tutan sertifikatlar verilmişdir. “Sağlam ailə naminə sağlam düşün!” layihəsi uğurla sonlandırılmışdır.


"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"
"Sağlam ailə naminə sağlam düşün"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *