“Sağlam Yaşa” kompaniyasının ilk mərhələsi yekunlaşdı – FOTO
“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəklədiyi ilə “Sağlam Yaşa” sağlam həyat tərzi kampaniyasının icrasına başlayıb.
AzNews.info xəbər verir ki, 05-06 noyabr 2016-cı il tarixlərində “Sağlam Yaşa!” sağlam həyat tərzi kampaniyasının ilk mərhələsi olaraq Quba rayonunda müsabiqə əsasında seçilmiş Sumqayıt gəncləri üçün Təlimçilər üçün Təlim (ToT) təşkil edilib.
Kampaniyanın əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları zərərli vərdişlər haqqında maarifləndirməkdir. Kampaniyanın birinci mərhələsinə Sumqayıt şəhərindən 25 nəfər gənc təlimçilər üçün təlimə cəlb edilib. Bu mərhələdə gənclərə layihəyə cəlb edilmiş təlimçi-ekspert Dr. Nabil Seyidov tərəfindən təlimin ilk günü sağlam həyat tərzinin təbliği, sağlam qidalanma, zərərli vərdişlərin və qeyri-sağlam həyat tərzinin fəsadları haqqında təlim keçirilib. Həmçinin ikinci gün isə gənc təlimçilərə auditoriya ilə iş və təlimçilik baçarıqları ilə əlaqədar təlim təşkil edilmişdir. Layihənin bu mərhələsinin Quba şəhərində təşkilinin əsas məqsədi gənc təlimçilər üçün tam tədris mühitinin yaradılması olmuşdur.
Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən icra edilən “Sağlam Yaşa” sağlam həyat tərzi kampaniyası 3 mərhələdən ibarətdir. Layihənin növbəti mərhələsində gənc təlimçilər Sumqayıt şəhərində yerləşəm orta təhsil müəssisələrində məktəblilər üçün seminarlar təşkil edəcəklər. Layihənin sonuncu mərhələsində isə seminarlara cəlb edilmiş məktəblilər arasında debatlar təşkil ediləcək .
Mənbə:> AzNews.info