Bakıda zibillikdə tapılan körpənin vəziyyəti düzəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda zibillikdə tapılan körpənin vəziyyəti düzəlib

Bakıda zibillikdə tapılan körpənin vəziyyəti düzəlib


Ötən il dekabr ayının 12-də Bakıda zibillikdə tapılan körpə reanimasiyadan çıxarılaraq yenidoğulanların patologiya şöbəsinə yerləşdirilib.

Aznews.info xəbər verir ki, bu barədə Report-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev məlumat verib.

N.Quliyevin sözlərinə görə, hazırda körpə reabilitasiya müalicəsi görür: “Şöbədə körpəyə xüsusi diqqət göstərilir, qidalanmasına diqqət edilir ki, çəkisi artsın”.

Baş pediatr əlavə edib ki, körpənin səhhəti tam yaxşı olduqdan sonra o, Körpələr Evinə təhvil veriləcək.

Qeyd edək ki, körpə tapılarkən göbəyi kəsilməmişdi. Eyni zamanda, xəstəxanaya gətirləndə onun kəskin tənəffüs çatışmazlığı olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *