Nərgiz Yaqublunun körpə oğlundan xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nərgiz Yaqublunun körpə oğlundan xəbər var

Nərgiz Yaqublunun körpə oğlundan xəbər var



“Nərgizin oğlu artıq palataya köçürülüb. Yaxşılaşır, böyüyür, çəkisi artır. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında aprelin 23-də ağır xəstəlikdən Tomskda vəfat edən gənc fəal Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu deyir.

Nigarın sözlərinə görə, körpəyə Nərgizin seçdiyi adı qoyublar: “Nərgiz Kənan adını çox bəyənirdi. Körpənin cinsiyyəti bəlli olandan sonra deyirdi ki, bu adı qoyacaq. Atası artıq adı rəsmiləşdirib”.

Həkimlərin ailəyə verdiyi bilgiyə görə, yarımçıq doğulan körpənin inkişafı normal gedir. Aprelin 15-də 7 aylıq 1 kq 160 qr doğulan körpənin çəkisi indi 1,5 kiloqramdır: “Küvezdən (yeni doğulmuşların içərisində saxlandığı xüsusi aparat – red.) çıxarıldıqdan sonra ağ ciyərləri də, digər orqanları da sərbəst çalışır. Hələlik çənə sümükləri möhkəmlənmədiyi üçün süni yolla qidalanır. Çəkisində gündə 20-50 qram artım olur”.

Körpənin problemləri yalnız yarımçıq doğulması ilə bağlıdır. Aparılan çoxsaylı analizlər anasının xəstəliyinin körpəyə keçmədiyini göstərib. Yaqublu ailəsindən onu da bildirirlər ki, körpə atasının ailəsi ilə Tomska yaşayacaq.

Mənbə: AzadXeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *