Uşağı diri-diri basdırdılar - İnsanlığın sonu çatıbmı?
Körpə kiçik karton bir qutu içində torpağın altında 8 gün boyunca qalıb. Yeni doğulan uşağın o qədər zaman aç, hətta susuz yaşaya bilməsi inanılar kimi deyil. Körpənin susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdardakı yağış suları olub.
Doğulduğu andan talesizliklə üzləşən körpənin tapılması isə sanki ayrı bir möcüzədir. Meşəlik sahədə ot toplamaya çıxan bir qadın körpənin ağlamasını eşitdikdən sonra qaçaraq bir Budist məbədinə gedib və bir rahiblə körpənin olduğu yerə gəlib. Bundan sonra körpə torpağın altından çıxarılıb.
Dodağı yarıq bir şəkildə dünyaya gəldiyi üçün ailəsinin tərk etdiyi körpənin sağlamlıq vəziyyəti bu an üçün yaxşıdır. Hadisə ilə əlaqədar aralarında körpənin nənəsinin də olduğu bir neçə qohum və ana-atası həbs olunsa da, dəlil çatışmazlığı səbəbi ilə sərbəst buraxılıblar.
Mənbə:> ATV.az