Sonuncu üçəmin ölümünün səbəbi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sonuncu üçəmin ölümünün səbəbi açıqlandı

Sonuncu üçəmin ölümünün səbəbi açıqlandı

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutu dünən saat 16:10-da dünyasını dəyişən körpənin meyitini 1 saat sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə təhvil verilib.

Respublikanın baş pediatoru Nəsib Quliyev Oxu.Az-a bildirib ki, 10 gündür ki, körpə institutda müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Körpə bizə 10 gün əvvəl daxil olub, lakin səhhətində problemlər çox olduğu üçün onu həyatda saxlamaq mümkün olmayıb. Bu körpələr vaxtından əvvəl doğulub. Əslində onlar avqustun 8-də dünyaya gəlməli idilər. Adətən belə körpələr ciddi nəzarət altında saxlanılmalı və doğuş üçün ana mərkəzə – Bakıya gətirilməlidir.

Düzdür, Salyanda bu doğuşun həyata keçirilməsi üçün tibbi və texniki personal var, amma risk yüksək olduğu üçün körpələrin həyatını xilas etmək mümkün olmadı. Hazırda araşdırma gedir, nəticələr barəsində məlumat açıqlanacaq”, - deyə N.Quliyev bildirib.

Qeyd edək ki, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Dünən isə sonuncu üçəm dünyasını dəyişib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *