Salyanda körpələr işığın sönməsindən ölüb? – VİDEO
Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsinin işıqlar söndüyündən öldüyünü təsdiq edən görüntülər yayımlanıb.
Oxu.Az Bizimyol.info-a istinadən xəbər verir ki, görüntülərə baxanda məlum olur ki, işıqlar sönən zaman körpələr sağ olub.
Belə ki, işıq sönən zaman yaxınları narahatlıqlarını bildiriblər:
“İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdırlar…”, - deyə onlar bildiriblər.
Qeyd edək ki, iyunun 21-də Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndüyündən oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb.
Mənbə:> Oxu.Az